"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyə “Birgə yaradaq”?

--2015-12-03 / 00:05

Binəqədi rayonunda yeni layihəyə start verilib. Maraqla qarşılanan "Birgə yaradaq" layihəsinin həmdə diqqətiçəkən loqosu hazırlanıb və bannerlər şəhərin müxtəlif yerlərində asılıb. Br müddət davam edəcək layihənin məqsəd məramına Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva aydınlıq gətirib:

“Bu  yeni bir layihədir. Bu layihə onu əsas tutur ki, əgər çevrəmizin gözəl olmasını, abadlaşmasını istəyiriksə, onda kimisə və ya kiminsə tapşırığını gözləməli deyilik. Hamımız birgə təşəbbüs göstərməli və işin icrasını da birgə etməliyik. Bu, istəyir fiziki baxımdan olsun, istəyir maddi baxımdan. Yəni  problemin həllini kiminsə üstünə atmalı deyilik. Hamımız ortaq vəsait qoyub iş görməli və sonradan da onun qeydinə hamılıqla qalmalıyıq. Daha deməli deyilik ki, bu ərazi sənindir, sən get iş gör. Və ya ağacları sula, parkını qoru. Bura rayonun bütün sahibkarları da dəvət edilir. Kim istəsə iştirak edə bilər və öz töhfəsini verə bilər.”

Belediyye.info

ŞƏRHLƏR